Röya iki gün konsert verəcək: Biletlər neçəyədir?

Azərbaycanın Xalq artisti Röya Ayxan konsert proqramı ilə çıxış edəcək.
“Cebhe.info” xəbər verir ki, ulduz müğənni 29-30 mart tarixində “Hayal Kahvesi”ndə konsert verəcək.
Konsert saat 21:30-da başlayacaq. Öncə DJ səhnəyə çıxacaq, saat 22:00-də isə Röya Ayxanın çıxışı başlayacaq.
Mahnıları dillər əzbəri olan pop ulduz hit mahnılarını fanatları qarşısında oxuyacaq.
Konsertin biletləri 30 manatdan 140 manata qədərdir.
Elmir Mustafa
“Cebhe.info”