Saç tökülməsinə qarşı ev üsulu maska

Saçları gücləndirmək və saç tökülməsinin qarşısını almaq üçün müxtəlif cür maskalardan istifadə edilir.
"Cebhe.info" xəbər verir ki, bu vasitələrdən biri də qatıqdır.
Qatıqlı saç maskalarından istifadə edənlər güclü və sağlam saçlara sahib olurlar. Qatığın tərkibindəki laktik turşu baş dərisini təmizləyir. Ölü dərini cavanlaşdırır, kökləri qidalandırır, saçı parlaq edir.
Bir xörək qaşığı küncüt, zeytun yağı və soyanı iki qaşıq qatıqla qarışdırın. Bu qarışığı masaj edərək saç köklərinə çəkin. Bu formuladan həftədə iki dəfə istifadə etməklə saçlarınızı uzada və canlandıra bilərsiniz.
Elmi cəhətdən də bu süd məhsulunun dəri üçün xeyirləri təsbit olunub.
Naibə
"Cebhe.info"