Azərbaycanın təhvil verdiyi erməni hərbçinin cəsədi analiz olunur

Azərbaycanın təhvil verdiyi erməni hərbçinin cəsədi analiz olunur

Yanvarın 27-də Azərbaycan tərəfinin İrəvana təhvil verdiyi erməni hərbçinin cəsədi üzərindən sentyabr döyüşləri nəticəsində itkin düşmüş Vahe Torosyanın hərbi bileti tapılıb.

Bu barədə mərhumun atası Aram Torosyan “News.am” müxbirinə müsahibəsində bildirib.

Ona deyilib ki, cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi ilə bağlı cavab bir-iki günə məlum olacaq.

“Bədən sadəcə tanınmazdır. Onun telefonu və hərbi bileti var idi, amma hər halda DNT ekspertizanın cavablarını gözləyirik”.

Hərbçi cəsədinin qalıqları Azərbaycanla sərhəddəki Nerkin Hand kəndi istiqamətindən çıxarılıb.

Cebhe.info