Baş redaktor: “Nə Gültəkin Hacıbəyli, nə də liderinin pafosu heç kimi maraqlandırmır”

“Özünü cəmiyyətə sırımaq üçün Gültəkin Hacıbəyli sosial şəbəkədə özünün müxalifət obrazını yaratmağa çalışır.
Amma bu imici qazana bilmir, çünki bunu bacaracaq gücü və nüfuzu yoxdur. Onun müxalifətçilik obrazı görünütyə, bunun müqabilində xarici təşkilatlara əlaqələr qurmağa hesablanıb. Bütün dediklərinin də, populist ritorikasının da arxasında dayanan yeganə məqsəd budur.
Yaxşı bilir ki, şəxsi, milli, siyasi imkanları müxalifət olmağa, sosial baza toplamağa çatmır. İnsanlar güvənə biləcəyi, sözündə və əməlində sabit olan, məqsəd və prinsipləri olan şəxsə dəstək verir. Gültəkin Hacıbəylidə hansısa sosial status var ki, onu dəstəklənsinlər də?”
Bunu “Cebheinfo.az” Xəbər Portalı və “Cümhuriyət” qəzetinin rəhbəri Rəfail Becanov deyib.
O bildirib ki, insanların yalançı şüarlara inanmaq həvəsi çoxdan keçib:
“Etimadı itirmiş, şəxsi və siyasi fəaliyyəti kölgəli olan şəxslərin dəstəyi olmur. Milli Şurada təmsil olunan digərləri, eləcə də Gültəki Hacıbəyli də onlardan biridir. Reallıq və əməl cəmiyyəti dəyişib. İndiki Azərbaycan cəmiyyəti artıq pafosa inanıb, aldanmaq niyyətində deyil.
Yalançı və şüarçı “yaz, payız hücumları” erası bitib. İndi yeni reallıqlar dövrüdür və Azərbaycan insanı həmin reallıqlarla yaşayır. İnsanlar, bütünlükdə cəmiyyət asudə və rahat, azad və abad ölkədə yaşamaqla bağlı tərcihini edib. İstər Gültəkin Hacıbəyli özü olsun, istər onun özünə lider seçdiyi şəxs, fərq etməz, yalançı və şəxsi mənfəətlərinə hesablanmış şüarlarla insanları aldada bilmirlər.
Onların nimdaş şüarları zamanın sınağından çıxmadı. 2019-cu ilin oktyabrından Əli Kərimli mitinq keçirmək demirik, heç onu elan da elan edə bilmir. Bir neçə aydan sonra 6 il olacaq.
Sosial şəbəkə müxalifətçiliyi ilə məşğul olan Əli Kərimli bunun niyəsini cəmiyyətə çatdırmaq istəmirsə, kimlərsə bunu deməlidir. Çünki məhz o tarixdə hakimiyyətin daxilindəki müdafiəçisini itirdi. Onun mitinqlərinə, populizminə “yaşıl işıq” yandıran, Əli Kərimlidən lider obrazı yaradan adamın gücü və imkanları əlindən alındı.
Bunu hər halda Gültəkin Hacıbəyli də bilir. Bilir ki, nə onun, nə də liderinin şüarları, pafosları, sosial şəbəkələrdə yazdıqları aldada bildiklərindən başqa heç kimi maraqlandırmır”.
“Cebheinfo.az”