Əməkdar artist: “Efirdə bu sürprizi edənlər cəzalarını aldılar” - VİDEO

Əməkdar artist: “Efirdə bu sürprizi edənlər cəzalarını aldılar” - VİDEO

Əməkdar artist İlkin Əhmədov “7 Tamam” proqramında üçüncü övladının dünyaya gələcəyi xəbərini ona süpriz edənlərin cəzalandırıldığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, xanəndə bu barədə ARB-də yayımlanan “Həmin Zaur” verilişində bildirib.

O qeyd edib ki, bu məsələ artıq həll olunub: “Bunu edənlər cəzalarını aldılar. Sürprizi xoşlayıram, amma evdə və ya dostlarımın əhatəsində. Xəbərim olmadan efir qarşısında və yersiz sürprizləri tək mən yox, mənəviyyatı və ləyaqəti olan heç kim xoşlamaz”.

Xatırladaq ki, İ. Əhmədov sözügedən efirdən sonra həmin sürprizə çox əsəbiləşdiyini və qarşı tərəf ondan üzr istəməsə, polisə müraciət edəcəyini bildirmişdi.

"Cebheinfo.az"