Deputat: “Hibrid avtomobilə keçmişəm, sərfəlidir”

Deputat: “Hibrid avtomobilə keçmişəm, sərfəlidir”

Azərbaycanda tıxac problemi günü-gündən daha da çoxalır.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat İntizam Yusifov bildirib.

Onun sözlərinə görə, aidiyyatı qurumlar problemin həllində maraqlı olmalıdır:

"Digər tərəfdən maşınların sayı da getdikcə artır. Təsəvvür edin, ölkədə 2021-ci ilin statistikasına baxsaq, 1 milyon 349 min maşın var. Nəzərə alın ki, bir avtomobil gün ərzində 1500 ton atmosfer tullantısı deməkdir. Buna əsas çarə hibrid avtomobillərə keçiddir. Mən özüm də yaxın vaxtda hibrid avtomobilə keçmişəm. Çünki həm sürətli, həm də sərfəlidir. ümumiyyətlə, ölkədə tam olaraq hibrid avtobillərə keçid formalaşmalıdır”.

Cebhe.info