Lerikdə 20 sm qar yağıb - FOTOLAR

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Bəzi bölgələrdə sulu qar, qar yağır.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki,qarın hündürlüyü Bakı və Abşeron yarımadasının bəzi ərazilərində 2 sm, Lerikdə 20 sm, Quba, Qusar və Altıağacda 10 sm, Şahdağvə Xaltanda 8 sm, Şərurda 7 sm, Kəlbəcər və Qobustanda 5 sm, Daşkəsən və Qaxda 3 sm, Gədəbəydə 1 sm olub.
"Cebheinfo.az"