Məktəblərdə 5 günlük tətil başlayır: Bu tarixlərdə

Məktəblərdə 5 günlük tətil başlayır: Bu tarixlərdə

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2024/2025-ci tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili  5 günlük (1-5 may) başlayacaq.

"Cebheinfo.az" xəbər verir ki, ibtidai siniflər üçün mayın 6-sı dərs günüdür.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir. 16-20 noyabr payız tətili, 27-31 yanvar qış tətili, 1-5 may ibtidai siniflər üçün əlavə yaz tətili müəyyən edilib.

"Cebheinfo.az"