Ballıca sakinlərinə mənzillərin açarları təqdim olunub - FOTOLAR

Ballıca sakinlərinə mənzillərin açarları təqdim olunub - FOTOLAR

Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Xocalı rayonunun Ballıca kəndinə, respublikanın müxtəlif ərazilərində çətin şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə Ballıca kəndinə 22 ailə - 94 nəfər köçürülüb. Bu gün kəndə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Açarların təqdimat mərasimində, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.Ailələr açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, Ballıca kəndində bərpa edilən fərdi yaşayış evlərində keçmiş məcburi köçkünlərin məskunlaşması üçün bütün şərait yaradılıb. Kənd fasiləsiz elektirik enerjisi, təbi qaz, icməli su və yüksək sürətli internet xətti ilə təmin edilib.

Xatırladaq ki, bu günə qədər Xocalı rayonunun Ballıca kəndinə  dörd köç karvanı olub. Kənddə 90 ailə ( 467 nəfər) məskunlaşıb.

12.05

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Xocalı rayonunun Ballıca kəndinə növbəti köç yola salınıb.

Ağdamdan yola düşən köç karvanında 22 ailədən ibarət 94 nəfər yer alıb.

Köç karvanı respublikanın müxtəlif şəhər və rayonlarında ağır şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Qeyd edək ki, bugünkü köç də daxil olmaqla Ballıca kəndinə ümumilikdə dörd köç karvanı gedib. Kənddə ümumilikdə 90 ailə (467 nəfər) məskunlaşıb.

"Cebheinfo.az"