Qadın və uşaq sığınacağında da yoluxma?

"Ümumiyyətlə, qızılcaya yoluxma halının olması ehtimalı həmişə var".
Bu sözləri “Cebhe.info”-ya açıqlmasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib. O bildirib ki, sığınacaqda hələ ki, qızılcaya yoluxma halı yoxdur:
"Sığınacağa gələn insanlar əksər hallarda həssas qruplar, baxımsız uşaqlar, qadınlar olur. Bu baxımdan sığınacaqda da qızılcaya yoluxma halı ola bilər. Çünki ölkədəki vəziyyətdən xəbərdarsınız. Şükür, hələ ki, yoluxma halına rast gəlməmişik".
Qeyd edək ki, Azərbaycan Uşaqları" İctimai Birliyinin Bakıda yerləşən sığınacağında 40 uşaq qızılcaya yoluxub. Bunu təşkilatın sədri Kəmalə Ağazadə deyib. O qeyd edib ki, həmin uşaqlardan 20-si xəstəxanaya yerləşdirilib.
"Onların əksəriyyəti də 5 yaşadək olan körpələrdir. Əməkdaşlarımızın 2 nəfəri hazırda xəstəxanadadır", - o vurğulayıb.
Naibə
"Cebhe.info"