Bolqarıstanın cənubunda quş qripi virusu aşkarlanıb

Bolqarıstanın cənubunda quş qripi virusu aşkarlanıb

Bolqarıstanın cənubundakı Asenovqrad şəhəri ərazisində daha bir quş qripi virusu yayılıb.

Bu barədə Bolqarıstanın Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Virus baytarlar tərəfindən təxminən 154 min toyuq olan fermada aşkarlanıb.

Bir həftə əvvəl virus Haskovo şəhərində 25 mindən çox toyuqda tapılıb.

Təsərrüfatlardan 3 km radiusda profilaktik və karantin tədbirləri həyata keçirilir, ərazidə baytarlıq nəzarəti gücləndirilib.

"Cebhe.info"