Bu ölkə də səfirliyini bağlayır
Danimarka hökuməti 2020-ci ildə açdığı Bağdad səfirliyini bağlamaq qərarına gəldiyini açıqlayıb.
"Cebhe.info" xəbər verir ki, Danimarka Xarici İşlər Nazirliyi öz internet səhifəsində Bağdad səfirliyi ilə bağlı açıqlama verib.
Açıqlamada NATO-nun İraqdakı Təlim və Məsləhət Missiyasına (NMI) töhfə vermək üçün 2020-ci ildə Danimarkanın Bağdadda açdığı səfirliyin mandatının sona çatdığı, lakin Kopenhagenin az sayda personalla NMI-yə töhfə verməyə davam edəcəyi ifadə olunub.
Bəyanatda Danimarka ordusunun əksər personalının İraqdan çıxarılması ilə Bağdad səfirliyinin xidmət sahəsinin daraldığı qeyd edilib və əlavə edilib:
“Bu səbəbdən Danimarka hökuməti səfirliyini 31 may 2024-cü il tarixindən etibarən bağlamağa qərar verib."
Nigar Hacılı
"Cebhe.info"