İlon Maskın şirkəti orbitə 22 peyk buraxdı

İlon Maskın şirkəti orbitə 22 peyk buraxdı

Amerikalı milyarder İlon Maska məxsus “Space X” şirkəti bazar günü "Starlink" şəbəkəsinin daha 22 yeni nəsil peykini orbitə buraxıb.

Cebhe.info xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Peykləri “Falcon 9” raket daşıyıcı aparatı orbitə çıxarıb.

Peyklərin buraxılışı Florida ştatının Kanaveral burnunda yerləşən buraxılış meydançasından Şərqi Sahil vaxtı ilə səhər saat 8:20-də həyata keçirilib.

Bildirilib ki, orbitə çıxarılan bütün ikinci nəsil mikropeyklər daha böyük tezlik diapazonunda işləyir və daha yüksək internet sürətini təmin edir.

Cebhe.info