İYİ Partiyada daha bir ayrılıq

İYİ Partiyada daha bir ayrılıq

Türkiyənin müxalifət partiyalarından olan İYİ Partiyadan daha bir istefa xəbəri gəlib.

“Cebhe.info” xəbər verir ki, partiyanın sağlamlıq məsələləri üzrə müdiri Taner Dəmirər partiyadakı bütün vəzifələrindən istefa verib.

O, qərarını sosial şəbəkədə açıqlayıb. Dəmirər 31 martda keçirilən bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyası (CHP) ilə işbirliyini dəstəklədiyini, amma partiyasının bu yöndə qərar almadığını bildirib.

O, İYİ Partiyanın bələdiyyə seçkilərində topladığı səsin gözləntilərin çox altında qaldığını diqqətə çatdırıb. 

Taner Dəmirər həm də İYİ Partiyanın mərkəz partiya olma hədəfindən də uzaqlaşdığını yazıb. 

O, həmçinin partiya sədri Meral Akşenerin 27 apreldə keçiriləcək növbədənkənar qurultayda namizəd olmamasını da dönüş nöqtəsi adlandırıb.

Elmir Mustafa
“Cebhe.info”