Monastrda mübahisə: Məğlub olacaq, olmayacaq?

Monastrda mübahisə: Məğlub olacaq, olmayacaq?

“Ukrayna Rusiya ilə münaqişədə tam məğlubiyyətə uğraya və əlində olanları da itirə bilər”. 

"Cebhe.info" xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. Avstriyanın keçmiş kansleri Volfqanq Şussellə (o, 2000-2007-ci illərdə vəzifədə olub) yeni ümumavropa jurnalı “European Voices”də dərc olunan söhbətində Orban deyib ki, Ukrayna hərbi əməliyyatları davam etdirməkdənsə, danışıqları nəzərdən keçirməlidir. Macarıstan mətbuatının məlumatına görə, Budapeştdəki Orbanın rəsmi iqamətgahında, keçmiş Karmelit monastrında baş tutan görüşdə iki şəxs bir çox məsələlərdə, o cümlədən Ukraynadakı münaqişədə fikir ayrılığına düşüblər. “İlk növbədə atəşkəs olmalıdır, çünki ruslarla Qərb arasında artıq ağlabatan müzakirə yoxdur”, - Orban deyib.

Şussel isə iddia edib ki, dərhal atəşkəs Ukraynanın məğlubiyyətə aparacaq. Macarıstanın Baş naziri buna qarşı çıxıb:

“Ukraynalılar itirdiklərindən daha çoxunu itirə bilər: müharibəni uduzdura bilərlər”. 

Nigar Hacılı 
"Cebhe.info"