Mərkəzi Elmi Kitabxanada 31 mart soyqırımına həsr olunan sərgi açılıb

Mərkəzi Elmi Kitabxanada 31 mart soyqırımına həsr olunan sərgi açılıb

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi təşkil edilib.

MEK-dən Cebhe.info-ya verilən məlumata görə, sərgidə bu gün ilə bağlı MEK-in fondlarında olan “Azərbaycan xalqına qarşı 1918-ci il Mart Soyqırımı. Azərbaycan tarixi: ilk mənbələr” üç cilddə sənədlər toplusu, “Ermənilər və həqiqətlər”, “Soyqırımı tarixinin dastanı”, “Soyqırım. Nahaq qan yerdə qalmaz”, “Azəri soyqırımı”, “Tarixi adlara qarşı soyqırım”, “Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq”, “1918-1920-ci illərdə azərbaycanlıların soyqırımı”, “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım”, “Soyqırım cinayəti” beynəlxalq aktlar, normativ sənədlər, müraciətlər, şərhlər toplusu və digər kitablar təqdim edilib.

Nəşrlərdə ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri dəhşətli qırğınlardan bəhs edən çoxsaylı arxiv sənədləri və materiallar toplanıb. Kitablarda, həmçinin bütöv XX yüzillik ərzində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və separatizm tarixi obyektiv təhlil edilib.

Virtual sərgini aşağıdakı linkdən izləyə bilərsiniz:

https://heyzine.com/flip-book/db0cb84d91.html#page/1

Cebhe.info