Bir gündə 51 cinayətin üstü açılıb

Bir gündə 51 cinayətin üstü açılıb

Martın 27-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. 

Axtarışda olduğuna görə 250, o cümlədən borclu şəxs qismində axtarışda olan 207 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb. 

"Cebhe.info"