MFÖ Heydər Əliyev Sarayında konsert verəcək - QİYMƏT

MFÖ Heydər Əliyev Sarayında konsert verəcək - QİYMƏT

Türkiyənin məşhur musiqi qrupu MFÖ Azərbaycana gəlir.

“Cebhe.info” xəbər verir ki, onlar paytaxtımızda konsert verəcəklər.

“Sarı lalələr”, “Hep yaşın 19”, “Ele günə karşı” kimi bir çox mahnıları dillər əzbəri olan qrupun üzvləri Mahzar Alanso və Fuat Günər ölkəmizdə sevənləri qarşısında çıxış edəcəklər. 27 mayda Heydər Əliyev Sarayında keçiriləcək konsert saat 20:00-də başlayacaq. Bilet qiymətləri isə 39 manatdan 199 manata qədərdir.

Elmir Mustafa
“Cebhe.info”