Kiyevə gözlənilməz səfər

Kiyevə gözlənilməz səfər

Almaniya kansleri Olaf Şolts dekabrın 2-də elan olunmamış səfərlə Kiyevə gəlib. 

“Cebheinfo.az”-ın məlumatına görə, o, Kiyevə çatan kimi Rusiyanın hücumuna məruz qalan Ukraynanı dəstəklədiyini qeyd edib. Səfər zamanı Şolts əsasən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırır. 

Xatırladaq ki, Şolts sonuncu dəfə Kiyevə 2022-ci ilin iyun ayında Fransa Prezidenti Emmanuel Makron və sonra İtaliyanın Baş naziri Mario Draqi ilə birlikdə səfər edib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”