BMT: Ukrayna əhalisi 15,3 milyon nəfərə qədər azalacaq

BMT: Ukrayna əhalisi 15,3 milyon nəfərə qədər azalacaq

Ukraynanın əhalisi 2100-cü ilə qədər 15,3 milyon nəfərə qədər azalacaq.

Bu barədə BMT-nin “Dünya Əhali Prospektləri 2024” hesabatında məlumat yer alır.

Məlumatlar dünya ölkələrində demoqrafik göstəricilərə dair hesabat cədvəlində dərc olunub.

Bildirilib ki, 2020-ci ilə qədər Ukraynada 44 milyondan çox insan yaşayırdı.

BMT həmçinin hesab edir ki, 2084-cü ildə dünya əhalisi maksimum 10,3 milyard nəfərə çatacaq və sonra azalmağa başlayacaq.

"Cebhe.info"