Bu ölkələrdə işsizlik artıb

2024-cü ildə ölkələr üzrə işsizlik səviyyəsi açıqlanıb.
“Cebheinfo.az” xəbər verir ki, məlumatı Beynəlxalq Valyuta Fondu yayıb.
Məlumata görə, 2024-cü ilin ötən dövründə işsizlik səviyyəsi ölkələr üzrə müxtəlif istiqamətlərdə dəyişib.
Belə ki, 2024-cü ildə işsizlik səviyyəsi Türkiyə, Avrozona, Yaponiya və Rusiyada azalan xətt üzrə gedib.
ABŞ, Çin, Birləşmiş Krallıq və Hindistanda isə işsizlik səviyyəsi artıb.
Vilayət Muxtar
“Cebheinfo.az”