Dünya əhalisi Harrisi istəyir, yoxsa Trampı? - SORĞU
ABŞ-dəki prezidentliyə namizədlərə münasibət yalnız amerikalıları deyil, dünya ölkələrinin əhalisini də maraqlandırır.
Bu baxımdan, digər dövlətlərdə yaşayan insanların Donald Trampı, yoxsa Kamala Harrisi dəstəkləməsi ilə bağlı sorğu keçirilib.
“Cebheinfo.az” xəbər verir ki, sorğunu “The Economist” nəşri “Globescan” konsaltinq və sosiologiya firması ilə birgə 29 ölkədə keçirib. Sorğuların nəticəsi Respublikaçılar Partiyasının namizədi Donald Trampın xeyrinə deyil. Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsində iki ay ərzində 30 min adam və bütün ölkələrdə orta hesabla respondentlərin 45 faizi demokratlara, 33 faizi isə Trampa üstünlük verib. Avropada fərq daha böyük olub.
Respondentlərin 55 faizi demokratların qalib gəlməsini arzulayıb. Trampı seçənlər isə cəmi 26 faiz təşkil edib. Bütün dünyada demokratlar həm hər iki cinsdən olan, həm də bütün təhsil və gəlir qrupları arasında öndə olublar. Jurnalistlər bildirirlər ki, Argentina, Misir, Nigeriya, Səudiyyə Ərəbistanı, Türkiyə və Vyetnamda respublikaçı namizəd bütün yaş qruplarında demokratı qabaqlayıb:
“Mümkün izahatlar arasında güclü adamların idarəçiliyinə simpatiya və Bayden administrasiyasının Yaxın Şərq siyasətinə etiuraz daxildir”. Britaniyanın “Focaldata” şirkəti isə “Politico” nəşrinin sifarişi əsasında ABŞ-də 31 min seçici arasınbda sorğu keçirib. Amerikalıların əksəriyyəti Harrisi dəstəklədiyini bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”