Dünyada ən çox qızıl istehsal edən ölkələr – SİYAHI

Dünyanın ən çox qızıl istehsal edən ölkələrin ilk onluğu açıqlanıb.
"Cebhe.info" xəbər verir ki, dünya üzrə ən çox qızıl istehsal edən ölkə Çindir.
Çin il ərzində 370 ton qızıl istehsalı ilə siyahının ilk pilləsində qərarlaşıb.
Siyahıda ikinci və üçüncü yerləri 310 ton qızılla Avstraliya və Rusiya tutur.
Kanada 200 tonla dördüncü, ABŞ 170 tonla beşinci, Qazaxıstan 130 tonla altıncı, Meksika 120 tonla yeddinci, İndoneziya 110 tonla səkkizincidir.
Siyahıda 9 və 10-cu yerləri isə 100 ton qızıl istehsalı ilə Cənubi Afrika və Özbəkistan tutur.
Vilayət Muxtar
"Cebhe.info"