Erməni nazir ATƏT Nazirlər Şurasının iclasında iştirak edəcək

Erməni nazir ATƏT Nazirlər Şurasının iclasında iştirak edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 4-5-də Maltaya işgüzar səfər edəcək.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan məlumat verib. Məlumata görə, XİN başçısı ATƏT Nazirlər Şurasının 31-ci iclasında iştirak edəcək.

Eyni zamanda, ikitərəfli görüşlər də planlaşdırılır.

"Cebheinfo.az"