Güneyli fəalın azadlığa çıxmaq üçün pulu olmadı

Güneyli fəalın azadlığa çıxmaq üçün pulu olmadı

Tehran İnqilab Məhkəməsi Evin həbsxanasının 4-cü bölməsində saxlanılan güneyli milli fəal Mahmud Ocaqlının şərti azadlığa buraxılmasına qarşı çıxıb.

“Cebheinfo.az” “Telegram” kanallarına istinadən xəbər verir ki, bunu Mahmud Ocaqlı ailəsi ilətelefon danşında bildirib.

Məlumata görə, milli fəalın ailəsi iki milyard tümən (47,5  mn dollar) girov ödəyə bilmədiyi üçün Mahmud Ocaqlının məzuniyyət müraciəti də ləğv edilib.

Qeyd edək ki, “toplaşmaq və əlbir olmaq”da, “dövlət quruluşuna qarşı təbliğat aparmaq”da və “Güney Azərbaycan Milli Hərəkatına üzv olmaq”da günahlandırılan fəala 11 il həbs cəzası verilib. 

“Cebheinfo.az”