Hakan Fidan Dohada iranlı həmkarı ilə görüşüb

Türkiyə xarici işlər naziri Hakan Fidan 22-ci Doha Forumu çərçivəsində bu gün İranın xarici işlər naziri Seyid Əbbas Əraqçi ilə görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat yayılıb.
Bildirilir ki, Türkiyə və İran xarici işlər nazirləri arasında danışıqlar konstruktiv keçib.
Məlumata görə, görüş zamanı Suriyadakı vəziyyət ətraflı müzakirə olunub.
Qeyd edək ki, hazırda Qətərdə Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri səviyyəsində Suriyada nizamlanma üzrə Astana formatında görüş keçirilir.
Xatırladaq ki, Suriyada 2011-ci ildən silahlı münaqişə davam edir. Astana formatı kimi tanınan proses 2017-ci ildən aparılır.
Ləman İsmayıl
"Cebheinfo.az"