İkimərtəbəli avtobuslar toqquşdu: 17 nəfər yaralandı

İkimərtəbəli avtobuslar toqquşdu: 17 nəfər yaralandı

İngiltərənin Mançester şəhərində iki ikimərtəbəli avtobusun toqquşması nəticəsində 17 nəfər xəstəxanaya yerləşdirilib.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, hadisə şəhər mərkəzinin kənarında, Roşdeyl və Livesi küçələrinin kəsişməsində baş verib.

Hadisə yerinə doqquz təcili yardım maşını, bir hava təcili yardımı cəlb edilib. Şimal-qərb təcili tibbi yardım xidməti bildirib ki, yaralılar Mançester ətrafındakı xəstəxanalara çatdırılıb və onların heç birinin vəziyyəti ağır deyil.

"Cebheinfo.az"