İsraillə əməkdaşlığa etiraz edənlər işdən çıxarıldı

İsraillə əməkdaşlığa etiraz edənlər işdən çıxarıldı

“Microsoft”un 50 illik yubiley gecəsində şirkətin İsrailə göstərdiyi xidmətlərə reaksiya verən Vaniya Aqraval və İbtihal Aboussad işdən çıxarılıb. 

"Cebheinfo.az" xəbər verir ki, Amerikanın CNBC kanalının internet saytında yer alan məlumata görə, işçilərini təmsil edən bir qrup şirkətin süni intellekt departamentindən proqram mühəndisləri Aqraval və Aboussadın “Microsoft”-un İsrailə təqdim etdiyi xidmətə etiraz etdikdən sonra işdən çıxarıldıqlarını açıqlayıb. 

“Qəsdən sui-istifadə, itaətsizlik və ya vəzifə borcunu bilərəkdən pozduğuna” görə xitam verildiyi bildirilən Aboussada göndərilən mesajda deyilir : 

“Sözügedən davranışın reklam qazanmaq və çoxdan gözlənilən bu hadisəni ən yaxşı şəkildə pozmaq məqsədi ilə edildiyi qənaətinə gəldik”. Aqravala göndərilən mesajda onun aprelin 11-də təqdim etməyi planlaşdırdığı istefasının “dərhal” qüvvəyə mindiyi qeyd edilib. “Microsoft” hələlik hadisə ilə bağlı açıqlama verməyib. 

Nigar Hacılı 
"Cebheinfo.az"