NATO elan etdi: "F-35"-lər havaya qalxdı

NATO elan etdi: "F-35"-lər havaya qalxdı

NATO Polşanın hava məkanını qorumaq üçün Norveç "F-35"-lərini havaya qaldırıb.

"Cebheinfo.az" xəbər verir ki, NATO Müttəfiq Hava Komandanlığının (AIRCOM) sosial media hesabında edilən paylaşımda yanvarın 15-də çox sayda Rusiya təyyarəsinin Polşa hava məkanına daxil olduğu bildirilib.

Cavab olaraq ölkədə yerləşdirilən 2 Norveç "F-35" təyyarəsinin havaya qalxdığı qeyd edilib:

"Norveç təyyarələri ilk dəfə Polşa hava məkanını aktiv şəkildə müdafiə etmək üçün havaya qalxıb, müttəfiqlərin NATO-nun şərq cinahına sadiqliyini nümayiş etdirib". 

Nigar Hacılı 
"Cebheinfo.az"