Netanyahu Trampa görün nə hədiyyə etdi

Netanyahu Trampa görün nə hədiyyə etdi

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa qızıl peycer hədiyyə edib.

"Cebheinfo.az" "Al-Jazeera"-yə istinadən bildirir ki, Tramp Netanyahunun hədiyyəsi haqqında “bu, böyük bir əməliyyat idi”, - deyə cavab verib.

Xatırladaq ki, 17 sentyabr 2024-cü ildə İsrail Livandakı Hizbullah peycerlərinə əvvəlcədən yerləşdirilmiş partlayıcıları işə salaraq hücum həyata keçirmişdi. Nəticədə təxminən 3000 Hizbullah üzvü yaralanmış, onlarla insan həyatını itirmişdi. İsrail isə rəsmi olaraq hücumlara görə məsuliyyəti üzərinə götürməmişdi.

Səbinə Uğur
"Cebheinfo.az"