Nigeriyada sərnişin qayığı batıb: Ölənlər var

Nigeriyada sərnişin qayığı batıb: Ölənlər var

Nigeriyanın Benue əyalətində sərnişinləri daşıyan qayığın batması nəticəsində 20 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Benue polisinin sözçüsü Katerina Anene açıqlamasında bildirib ki, əyalətin İqatu bölgəsindəki bazardan qayıdan insanların mindiyi taxta qayıq Benue çayında batıb.

O qeyd edib ki, qəzadan sonra başladılan axtarış-xilasetmə işləri zamanı 20 nəfərin cəsədi tapılıb, 11 nəfər isə xilas edilib.

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Nigar Hacılı 
"Cebheinfo.az"