Rusiya daha iki diplomatı ölkədən qovur

Rusiya Böyük Britaniya diplomatını və onun həyat yoldaşını “kəşfiyyat fəaliyyəti” səbəbilə ölkədən çıxarır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Bildirilib ki, FSB Britaniyanın Moskvadakı səfirliyinin pərdəsi altında işləyən daha iki casusu ifşa edib.
Rusiya Federal Təhlükəsizlik Xidməti bəyan edib ki, Böyük Britaniya səfirliyinin ikinci katibi və digər diplomatın həyat yoldaşı iki həftə ərzində Rusiyanı tərk etməlidir.
Səbinə uğur
"Cebheinfo.az"