Sabiq prezident xalqdan üzr istədi

Sabiq prezident xalqdan üzr istədi

Cənubi Koreyada 2024-cü il dekabrın 3-də hərbi vəziyyət elan edilməsi səbəbilə vəzifəsindən uzaqlaşdırılan prezident Yoon Suk Yeol xalqın gözləntilərini qarşılaya bilmədiyi üçün təəssüfləndiyini bildirib.

“Cebheinfo.az” “Yonhap”a istinadən xəbər verir ki, Yeol Konstitusiya Məhkəməsinin impiçment qərarından sonra vəkilləri vasitəsilə açıqlama verib.
Keçmiş prezident ictimaiyyətə və tərəfdarlarına müraciət edərək, “Ümid və gözləntilərinizi doğrulda bilmədiyim üçün çox kədərlənirəm” deyib.Ölkəyə xidmət etməyin həyatında ən böyük şərəf olduğunu dilə gətirən Yeol, "Uğursuzluğum zamanı belə sarsılmaz dəstəyinizə və ruhlandırmanıza görə minnətdaram" deyib.

Nigar Hacılı 
"Cebheinfo.az"