Şimali Koreya yeni radar texnologiyasını sınaqdan keçirib

Cənubi Koreya pilotsuz uçuş aparatlarını (PUA) kilometrlərlə uzaqdan aşkarlaya bilən radar texnologiyasını sınaqdan keçirib.
"Cebheinfo.az" “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreyanın Müdafiə İnkişafı Agentliyi (ADD) süni intellektə əsaslanan fotonik radar texnologiyasını sınaqdan keçirib.
Sınaq nəticəsində radar texnologiyasının bir neçə kilometr aralıda yerləşən kiçik PUA-ları uğurla aşkarladığı bildirilib.
Sınağın dəqiq məsafəsi və pilotsuz təyyarənin ölçüləri kimi detallar hərbi təhlükəsizlik səbəbi ilə açıqlanmayıb.
Nigar Hacılı
"Cebheinfo.az"