Türkiyə İraqın şimalında 13 terrorçunu zərərsizləşdirib

Türkiyə İraqın şimalında 13 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında PKK/YPG-nin 13 yaraqlısını zərərsizləşdirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

“Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” və “Pənçə kilit” əməliyyatları bölgələrində təsbit etdiyi 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, – məlumatda diqqətə çatdırılıb.

Vurğulanıb ki, “ən son terrorçu zərərsizləşdirilənədək əməliyyatlar davam etdiriləcək”.

"Cebheinfo.az"