Ukrayna HHQ: Pilotların ilk qrupu yayın sonuna qədər təlimə gedəcək

Ukrayna HHQ: Pilotların ilk qrupu yayın sonuna qədər təlimə gedəcək

Ukrayna pilotlarının birinci qrupunun F-16 qırıcılarında təlim keçmək üçün yayın sonunadək yola salınması gözlənilir.

APA “Ukrinform“a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat bildirib.

"ümid edirik ki, Ceyk Sallivanın (ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri - red.) dediyi kimi, bu, bir neçə həftədən sonra (Ukraynalı pilotların F-16-da təlimi başlayacaq - red.) başlayacaq. Yayın sonuna kim pilotlarımız təlimlər üçün yola düşəcək və tez geri dönəcəklər”, - İqnat bildirib.

Onun sözlərinə görə, bu, xüsusi olaraq F-16-da təlim keçəcək pilotlar qrupu olacaq.

Bundan əlavə, o qeyd edib ki, əsas hazırlıq keçəcək pilot qrupları da olacaq ki, onlar yerüstü təlimlərdən müxtəlif təyyarələrdə, o cümlədən döyüş təyyarələrində praktiki uçuşlara keçid edəcəklər.

"Bütün bunlar müxtəlif ölkələrdə baş verəcək. Çünki bir ölkədə bu qədər insanı sürətli şəkildə hazırlamaq imkanı yoxdur. Aydındır ki, "aviasiya koalisiyası” niyə yaradılıb. Kimlərsə təyyarələrlə kömək edir, kimsə pilotların hazırlanması ilə, kimsə döyüş mühəndislərinin hazırlanması ilə və s.", İqnat əlavə edib

Xatırladaq ki, NATO-nun Litvada keçirilən sammitində Ukrayna müdafiə naziri Oleksiy Reznikov koalisiyanın üzvü olan 11 ölkə ilə ukraynalı pilotların F-16 döyüş təyyarələrində təlim keçmək şərtlərini müəyyən edən memorandum imzalayıb.

Cebhe.info