Rubio: "Ukraynada müharibə daha bir il davam edə bilər"

ABŞ dövlət katibi Marko Rubio “CNN” telekanalına müsahibəsində Avropa İttifaqının Ukraynada müharibəni ən azı bir il davam etdirməyi planlaşdırdığını iddia edib.
"Cebheinfo.az" xəbər verir ki, Rubio bu məlumatı ona adı açıqlanmayan bir Avropa ölkəsinin xarici işlər naziri verib.
“Mənə dedilər ki, plan, müharibəni davam etdirməklə Rusiyanı o qədər zəiflətməkdir ki, nəticədə sülh üçün məhkəməyə müraciət etməli olacaq. Amma bunun çox real plan olduğunu düşünmürəm” deyən Rubio, Avropanın strategiyasının uzunmüddətli perspektivdə işləməyə biləcəyini də əlavə edib.
Nigar Hacılı
"Cebheinfo.az"