ABŞ-də yeni idxal gömrük rüsumunun tətbiqinə başlanıldı

“ABŞ Kanada və Meksikadan gətirilən mallara 25 faiz gömrük rüsumları tətbiq edəcək, Çindən gətirilən mallara isə 10 faiz”.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib:
“Fevralın 1-dən etibarən ABŞ-nin Kanada və Meksikaya yüzdə 25, Çinə isə yüzdə 10 idxal gömrük rüsumun tətbiqi qüvvəyə minib”.
Xatırladaq ki, ABŞ Prezidenti Tramp yanvarın 20-də Kanada və Meksika ilə ticarət kəsiri yaşadıqlarını və ABŞ-nin bu mövzuda haqsız yerə pul itirdiyini bildirmiş və bu iki ölkəyə 25 faiz gömrük vergisi tətbiq etməyi düşündüyünü demişdi.
Nigar Hacılı
"Cebheinfo.az"