Yunanlar demoqrafik böhranda

Yunanıstan əhalisi arasında təbii artım dinamikası kəskin sürətdə azalıb.
Sözügedən ölkədə ötən ilin statistikasına görə ölənlərin sayı doğulanların sayından 2 dəfə azdır.
"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, Yunanıstan daxili işlər nazirliyinin açıqladığı rəqəmlərə görə, 2024-cü ildə 62 min 624 nəfər yeni doğulan körpə doğulsa da, 125 min 423 nəfər vəfat edib. Avropanın bir çox ölkələrində olduğu kimi,Yunanıstanda da illərdir demoqrafik böhran yaşanır.
Dünyanın ən qədim xalqlarından olan yunanlar özləri ilə “həmyaşıd” olan hindlilər, misirlilər və iranlılara görə xeyli azdırlar. Dünyada diasporlarla birlikdə cəmi 15 milyon etnik yunan yaşamaqdadır.
"Cebheinfo.az"