Zurabişvili özündən çıxdı: “Yaxşı, baxarıq kim gedəcək!”

Zurabişvili özündən çıxdı: “Yaxşı, baxarıq kim gedəcək!”

Tbilisidəki Orbeliani meydanında “Yeni il qatarı”nın quraşdırılması Gürcüstan prezidenti Salome Zurabişvilini özündən çıxarıb.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, hakim “Gürcü arzusu” partiyası üzvlərinin “Yeni il qatarı”nın Salome Zurabişvilini gözlədiyini söyləməsi prezidenti hiddətlənib.

Zurabişvili sosial şəbəkədə yazıb: “Orbeliani sarayının qarşısında mənim üçün qatar qoyublar... yaxşı, baxarıq kim gedəcək!”.

Qeyd edək ki, “Gürcü arzusu” partiyası dekabrın 14-də Gürcüstan parlamentində növbəti prezidentin seçiləcəyini bəyan edib. Partiya bu posta Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb.

"Cebheinfo.az"