Nəzakət Məmmədovaya 13 il həbs verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində özünü politoloq kimi təqdim edən Nəzakət Məmmədova hökm oxunub.
Modern.az-ın məlumatına görə, dövlətə xəyanətdə ittiham olunan siyasi şərhçiyə 13 il həbs cəzası verilib.
Nəzakət Məmmədova Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur. İttihama görə, o, “jurnalist” və “siyasi şərhçi” adı altında Rusiyanın maraqlarına xidmət edib.
O, ötən ilin oktyabr ayında saxlanılıb və Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
"Cebheinfo.az"