58 yaşlı qadın dəm qazından öldü

Ağdaş rayon sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Nahidə Bayramova yaşadığı Pirəyir kəndindəki evin hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"