Dərsdə ölən şagird bir ay əvvəl əməliyyat olunubmuş - YENİLƏNİB

Dərsdə ölən şagird bir ay əvvəl əməliyyat olunubmuş - YENİLƏNİB

Mingəçevirdə dərs zamanı vəfat edən şagir bir ay əvvəl əməliyyat olunub.

“Cebheinfo.az”  xəbər verir ki, o, ürək əməliyyatı keçirib.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 10:47-də adıçəkilən məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası 2010-cu il təvəllüdlü oğlanın həkiməqədər ölüm faktı qeydə alınıb.

***

15:12

Bu gün səhər saatlarında Mingəçevir şəhər İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Yusifov Yusif Yaşar oğlunun halı pisləşib. Dərhal təhsil müəssisəsinə təcili tibbi yardım briqadası çağırılıb lakin təcili yardım gələnədək şagird vəfat edib.

“Cebheinfo.az” Modern.az-a istinadən xəbər verir ki, məktəblinin hansı səbəbdən vəfat etməsi ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib.

İlkin ehtimala əsasən, şagird əvvəl ürək əməliyyatı olunub və bu səbəbdən dünyasını dəyişib.

“Cebheinfo.az”