FHN əməkdaşının anası da qəzada həlak olub - FOTO

Aktauda baş verən təyyarə qəzasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, gizir Səbuhi Hüseynovun anası da dünyasını dəyişib.
“Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında onun həmkarı Bəhruz Nəsirli yayib:
“Təyyarə qəzasında FHN əməkdaşımız, qardaşımız gizir Səbuhi Hüseynovun anası dünyasını dəyişdi. Allah rəhmət eləsin, Allah ailəsinə səbr versin. Səbuhi, qardaşım, 4 il bundan öncə anamı itirmiş bir oğul kimi onu deyə bilərəm ki, bu, elə bir acı, elə bir dərddir ki, sözlə heç kimi nə başa salmaq olmur. Allah sənə səbr, dözüm versin. Kaş analarımız ölümsüz olardı...”
Xatırladaq ki, qəza baş verən təyyarədə 37 Azərbaycan vətəndaşı olub.
Xəzər
“Cebheinfo.az”