Avtomobil piyadanı vurub: Sonra binaya çırpılıb - FOTO

Avtomobil piyadanı vurub: Sonra binaya çırpılıb - FOTO

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

75-BB-542 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq piyadanı vurub, daha sonra binaya çırpılıb.

Qəza zamanı Naxçıvan şəhər sakini, 2007-ci il təvəllüdlü Hüseynova Yasəmən Xaliq qızı xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"