Biləsuvarda ağır qəza: Xəsarət alanlar var - VİDEO

Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda qəzaya uğrayıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında, Biləsuvar rayon ərazisində baş verib.
Naxçıvandan Bakıya gedən avtobus "KamAZ"la toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"