Salyanda avtomobil hasara çırpılıb: Ölən var - YENİLƏNİB

Salyanda avtomobil hasara çırpılıb: Ölən var - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Salyanda baş verən yol qəzası barədə məlumat yayıb.

"Cebheinfo.az" nazirliyə istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə Salyan rayonunun Xələc kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Renault” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

07.22

Salyanda baş verən qəzada sürücü ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Xələc kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Məlikov Seymur Rafiq oğlu idarə etdiyi avtomobili aşırıb.

Nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"