Zəhərlənən ailənin vəziyyəti necədir? - RƏSMİ

Zəhərlənən ailənin vəziyyəti necədir? - RƏSMİ

12.01.2025-ci il tarixində saat 21:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (2 qadın, 1 kişi cinsli), Uşaq Xəstəxanasına isə 2 nəfər (1 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Onlar ambulator müalicə üçün evə buraxılıblar.

"Cebheinf.az"