Avropa çempionatında qazandığı medal əlindən alındı

Avropa çempionatında qazandığı medal əlindən alındı

Rusiyalı ağırlıqqaldıran Albert Sayaxov antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.

Bu barədə Beynəlxalq Test Agentliyi məlumat yayıb. İdmançının qayda pozuntusuna 2012-ci ildə yol verdiyi açıqlanıb.

Bununla da A.Sayaxovun 2013-cü ildə Albaniyada keçirilmiş Avropa çempionatında qazandığı gümüş medal əlindən alınıb.

"Cebheinfo.az"