Azərbaycan Yüksək Liqasında II turun proqramı bəlli olub

Azərbaycan Yüksək Liqasında II turun proqramı bəlli olub

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turun proqramı bəlli olub.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, oyunlar 6-7 dekabrda keçiriləcək.

Dekabrın 6-da, saat 15:00-da "Azərreyl" - "Murov Az Terminal", 17:00-da "Abşeron" - UNEC görüşləri təşkil olunacaq.

Dekabrın 7-də, saat 15:00-da isə "Gəncə" - “Milli Aviasiya Akademiyası” qarşılaşması başlayacaq.

"Cebheinfo.az"